Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Miqrant necə Skandinaviya ölkəsinin gözəli seçildi
Alina Voronkova

Alina Voronkova keçən il Finlandiya gözəli seçilib. Ad-soyadı bu gəncin miqrant olduğunu göstərir.

Rusiyada doğulan Alina Lahti şəhərinə ailəsi ilə lap kiçik olanda köçüb.

Bizimyol.info xəbər verir ki, rus qızın qalib elan edildiyi gözəllik yarışmasına 1200 iştirak ərizəsi təqdim olunubmuş. Alina aşkar üstünlüklə birinci yeri tutub.

Voronkova üçün Finlandiya həyatı asan keçməyib. Xüsusilə Pertunmaa kəndində rus qızı bullinqlə üzləşib. Onun başqa millətdən olduğuna görə çox xətrinə dəyirdilər. İstənilən yığıncaqda ortada tək qalırmış. Alina məktəbdə xeyli təzyiqlə qarşılaşdığını bildirir: “Mənə soyadıma görə sataşırdılar”.

Alina bullinqdən 15 yaşında Lahtiyə köçəndə qurtarıb. Burada qaradərili insanlarla, ruslarla tanış olub. Beləcə, həyat qaydasına düşüb. Sonrası da məlumdur. Voronkova Finlandiya gözəli olmağı bacarıb.

İndi Alina Finlandiyanı gəzərək bullinq haqda danışır. Ölkə gözəli Pertunmaaya da gedəcək.

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Donald Tramp İrana təşəkkür etdi
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
Son xəbərlər
Bütün xəbərlər »