Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı aparıcı qızın 122 milyon dollarlıq təyyarəsi və yaxtası var: Bank rəhbəri ilə əlaqəsi olduğu deyilir - Video
yaxta

Rusiya müxalifətinin lideri, korrupsiya ilə mübarizə fondunun rəhbəri Aleksey Navalnı azərbaycanlı aparıcı qızın bahalı təyyarədə və yaxtada gəzdiyini üzə çıxarıb.

Nailə Əsgərzadənin istifadə etdiyi biznes-cetlə yaxtanın ümumi dəyərinin 122 milyon dollar olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, “Rossiya 1” telekanalının aparıcısının VTB-nin rəhbəri Andrey Kostinlə əlaqəsi olduğu deyilir. Nailə Əsgərzadənin bahalı təyyarə və yaxtadan bank rəhbərinin sayəsində istifadə etdiyi iddia olunur.

“Bombardier Global 6000” biznes-cetinin 60 milyon dollar qiyməti var. Tutaq ki, azərbaycanlı aparıcı qız təyyarəni almayıb, icarəyə götürüb. Yenə böyük pullardan söhbət gedəcəkdi. Çünki cetin bir saatı üçün 9 min dollar ödəmək lazım gəlir. Yaxta isə təyyarədən də bahadır. 62 metr uzunluğu olan “SEA&US” 62 milyon dollara satılır.

Korrupsiya ilə mübarizə fondu Nailə Əsgərzadənin gəlirlərinin bu qədər yüksək olmadığını, 122 milyon dollara təyyarə və yaxta almaq imkanının mümkünsüzlüyünü bildirir: “O nə Solovyovdur, nə Kiselev. Hökumət təbliğatının ulduzu deyil”. Navalnı yazır ki, heç Kostinin məvacibi də bunları almağa yetməzdi.

Dövlət reyestrinin məlumatına görə, 13 dekabr 1987-ci ildə Bakıda doğulan Nailə Vaqif qızı Əsgərzadə 2015-ci ildə Moskva ətrafında “Jukovka-3” qəsəbəsində 53 sot torpaq və 923 kvadratmetr sahəsi olan kottec alıb. Onun buna qədər Moskvada “Novaya Ostojenka” yaşayış kompleksində ümumi sahəsi 384 kvadratmetr olan iki mənzil aldığı qeyd olunub.

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Donald Tramp İrana təşəkkür etdi
››› Dekabrın 9-na olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »