Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda kondisionerləri məcbur sökdürürlər
Aşqabad şəhəri

Türkmənistan paytaxtı Aşqabadda şəhər rəhbərliyi yaşayış binalarında həyətə baxan kondisionerləri sökmək qərarı verib. Alternativ medianın yazdığına görə, keçən həftə Ankara və Oğuzxan küçələrində elektrik avadanlıqları məcbur çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Aşqabadda bir müddətdir kondisionerləri sökməyə başlayıblar. Əvvəlcə küçəyə baxan kondisionerləri işlətmək qadağan olunmuşdu. Onda camaat çıxış yolunu kondisionerlərin yerini dəyişməkdə görmüşdü. Amma budəfəki qərar insanların əl-qolunu bağlayır. Çünki Aşqabadda kondisionerlə evini qızdıran çoxdur.

Aşqabad Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

Türkmənistanda insan haqlarının vəziyyəti çox pis olduğundan, ciddi etiraz aksiyasından söhbət gedə bilməz. İnsanlar daha çox baş verənlərin şəklini çəkib alternativ mediaya ötürür, ilk imkandaca sosial şəbəkələrdə paylaşırlar.

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovdan şikayəti üzrə qərarını açıqladı
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Geyimi ilə məşhurlaşan rus tibb bacısı gizlənir - Foto
Son xəbərlər
Bütün xəbərlər »