Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 30 yaşlı qadın itkin düşüb
Polis İdarəsi

Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib.

B.Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli gödəkcə, ayağında isə idman ayaqqabısı olub.

Yaxınları B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət ediblər. (Report.az)

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Geyimi ilə məşhurlaşan rus tibb bacısı gizlənir - Foto
››› 13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »