Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İranda daha 79 nəfər həbs olundu
iran hebs

İranda etiraz aksiyaları səngimir. Bu gün hökumət qüvvələri Xuzestan şəhərində daha 79 nəfəri həbs edib.

Bizimyol.info xəbər verir ki, həbs edilənlər hərbi obyektlərə və polis bazasına hücumda ittiham olunur. “Tasnim” agentliyi bununla bağlı məlumat yayıb.

İranda etiraz aksiyaları noyabrın 15-dən başlayıb. Benzinin litrinin qiymətinin təxminən 20 sentə yüksəlməsi ciddi narazılığa səbəb olmuşdu. İnsanlar küçələrə tökülməyə başlamışdı.

İran hökuməti cəmi 12 nəfərin ölümünü etiraf edir. “Reuters” agentliyi isə sayın 100-ü keçdiyini bildirir.

Təkcə noyabrın 22-də ayrı-ayrı bölgələrdə etiraz aksiyalarına rəhbərlik edən 100-dən çox adam həbs olunmuşdu. Bunun ardınca daha 180 nəfər saxlanılmışdı.

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Donald Tramp İrana təşəkkür etdi
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
Son xəbərlər
Bütün xəbərlər »