Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mikayıl Cabbarov: "Bu il Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 26% artıb"
Mikayıl Cabbarov

"Bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,2 mlrd. ABŞ dolları investisiya qoyub.

Azərbaycan isə bu ölkəyə 347 mln. dollar sərmayə yatırıb".

Bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin yaranmasının 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb: "2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38% artaraq 54,4 mln. dollar, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 57 mln. dollara çatıb".

Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinə görə BƏƏ-yə minnətdarlığını bildirib. (Report.az)

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Marketlər və ticarət obyektlərinin iş saatı barədə rəsmi açıqlama
››› Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
Son xəbərlər
Bütün xəbərlər »