Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İstanbulda iki böyük zəlzələ olacaq
zelzele--00--

Türkiyə bölgənin zəlzələyə ən həssas ölkələrindəndir. Statistikaya görə, orta hesabla 6,5 ildən bir burada ən azı 7 bal gücündə zəlzələ olur. Xüsusilə İstanbulda insanlar belə taleyə alışıb.

Bizimyol.info xəbər verir ki, zəlzələ mütəxəssisi Ahmet Ercan “CNN Türk”ə müsahibəsində bu haqda danışıb. O, İstanbulda iki böyük zəlzələ olacağını bildirib. Amma mütəxəssis həmin təbiət hadisələrinin 2045-ci ildə baş verəcəyini söyləyir.

Ahmet Ercanın dediyinə görə, bir yer zəlzələyə həssasdırsa, orada yenə fəlakət gözləmək lazımdır. Özü də bu fəlakət əvvəlkilərindən geri qalmır.

İstanbul Texnik Universitetinin professoru iddiasını özünəməxsus şəkildə izah edir. O söyləyir ki, 1960-cı illərdən bəri zəlzələlər şərqdən qərbə doğru gəlməyə başlayır. Məlum xətt üzrə yenə zəlzələlər olacaq. Tekirdağ, Yalova, Bursa və Çanakkale də zərbədən yan qaça bilməyəcək.

Paylaş »
››› Vəzifədən gedən Usubovun mənəvi məsuliyyəti: Adam oğurluqları, qətllər...
››› Baş infeksionist: "Cərimə tətbiq edilməlidir"
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Geyimi ilə məşhurlaşan rus tibb bacısı gizlənir - Foto
››› 13 nəfərin yaralandığı qəza ilə bağlı cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »