Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquq müdafiəçisi: "Bu parlament işçinin ziyanına olan 300-dən artıq dəyişiklik etdi?"

“Bu Parlament 10 il ərzində Azərbaycan Əmək Məcəlləsinə 80%-i işəgötürənin xeyrinə, işçinin ziyanına olan 300-dən artıq dəyişiklik etdi.

İşsizlikdən sığorta haqqında qanun qəbul etdi. Bu Parlament QHT fəaliyyəti ilə bağlı qanunvericiliyə müxtəlif illərdə 14 dəfə dəyişiklik etdi. Onların fəaliyyətini məhdudlaşdırdı. Məqsədyönlü. Bu dəyişikliklər beynəlxalq aləmdə ölkə imicinə ciddi zərbələr vurdu.

Bizimyol.info xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarnın Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı səsləndirib.

“Bu qanuna görə yalnız ixtisar düşən işçi işsiz sayıla bilər.. Halbuki işsizlikdən sığorta haqqı istisnasız olaraq bütün işləyənlərin əmək haqqından ödənilir.(0.5% işçi tərəfindən,0,5% işəgötürən tərəfindən) Digər tərəfdən, bu gün Azərbaycanda iş yerlərinin ixtisarı faktına az rast gəlmək olar. Ona görə ki,əksər dövlət şirkətləri qanunvericiliyə zidd olaraq işçi ilə müvəqqəti Əmək müqaviləsi bağlayır ,müqavilə vaxtı bitdikdə işçiyə heç bir müavinət ödəmədən onu işdən azad edir.

- Məşğulluq haqqında qanun- “ by qanun işsizlik sığortasını almaq hüququ olan vətəndaşların əhatəsini kəskin şəkildə məhdudlaşdırır:Burada ən böyük çatışmamazlıq odur ki, bu qanuna uyğun olaraq məşğulluq idarələrində qeydiyyata alınmış işsiz vətəndaşlara aşağı maaşlı və ya yaşayaış yerindən uzaqda yerləşən az maaşlı iş təklif olunur, bu halda da təbii olaraq işsiz həmin təkliflərdən imtina edir ki, bu da onun işsiz kimi qeydiyyatının ləğvi ilə nəticələnir”,- deyə o bildirib.

“Bu parlament QHT fəaliyyəti ilə bağlı qanunvericiliyə müxtəlif illərdə 14 dəfə dəyişiklik etdi. Onların fəaliyyətini məhdudlaşdırdı.Məqsədyönlü. Bu dəyişikliklər beynəlxalq aləmdə ölkə imicinə ciddi zərbələr vurdu”,- deyə o qeyd edib.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »