Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis: “Özünü buraxma”nın sirləri
Milli Məclis

Milli Məclis Prezidentə müraciət haqqında qərar qəbul etdi. Qərar layihəsini Milli Məclisi sədrinin müavini Bahar Muradova oxudu. Milli Məclis hesab etdi ki, Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini daha icra edə bilmir. Bu qərar Milli Məclisin ölkədə aparılan islahatlarla ayaqlaşa bilməməsi ilə əsaslandırıldı.

Qərar səsə qoyuldu və 99 nəfər lehinə olmaqla qəbul edildi. Bir nəfər əleyhinə çıxdı, bir nəfər bitərəf qaldı. Bir nəfər isə səs vermədi. Beləliklə, məlum oldu ki, Milli Məclisin bu günkü iclasnda iştirake dən 102 nəfərdən cəmisi 3 nəfər islahatlarla ayaqlaşır. Qalanları isə ayaqlaşa bilmədiyindən Milli Məclisi bütövlükdə buraxıb yenidən seçkiyə getmək haqqında qərar verdi. Bir sıra deputatlar təbii səbəblərdən Milli Məclisd deyil; vəfat edənlər, vəzifədən gedənlər, mandatını girov qoyub “uduzan olub. Qalanlardan da hardasa 10-12 nəfər iclasa qatılmayıb. Onların adekvat olub-olmadığını ayrıca araşdırmaq lazımdır.

Milli Məclisin Prezident İlham Əliyevə ünvanladığı müraciətdə deputatların əksəriyyətinin Konstitusiyanın 94-cü və 95-ci maddələrində nəzərdə tutulan işləri görə bilmədiyi yazılır. Ancaq orda dəqiq göstərilmədi ki, konkret olaraq hansı işləri görə bilməyib. Çünki həmin maddlərdə çox vəzifələr nəzərdə tutulub. Məsələn, 94-cü maddənin birinci bəndində Milli Məclisin bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı üçün Milli Məclisin ümumi qaydalar müəyyənləşdirməsi nəzərdə tutulub. Bunu həyata keçirə bilibmi? Ya bəlkə amnistiya verə bilməyib? Yaxud başqa hansı işlərdən söhbət gedir? Ümumi olaraq deyildiyi üçünbelə çıxdı ki, Milli Məclis heç bir işi görə bilməyib. Bu zaman başqa bir sual da çıxır: Milli Məclisin 2015-ci ilin noyabrından seçilmiş indiki tərkibi artıq düz 4 ildir ki, fəaliyyətdəydi. Bu müddətdin hansı hissəsində, hansı tarixlərdə o işlər görülməyib. Əgər bu il 28 noyabrdan keçən müddət götürülürsə, 4 il yaxşı işləmiş parlamenti cəmi 4 gün pis işlədiyinə görə buraxmaq nə qədər məntiqlidir? 4 il ərzində üzərinə düşəni etməyibsə, nə üçün bu vaxta qədər bu deputat korpusu saxlanılıb, həl üstəlik müntəzəm olaraq maaşları da artırılıb. Üstəlik deputat kimi “adekvat olmadıqları” – islahatlardan geri qaldıqları üçün baş nazirin müavini, nazir, komitə sədri, icra başçısı təyin olunanlar da var. Hələ onu demirikki, buraxılan tərkibin deputatlarının çoxu YAP üzvü, o çoxluğun da bir hissəsi YAP-ın rəhbər qurumlarının üzvləridir. O zaman maraqlı vəziyyət alınır: necə olur ki, eyni bir şəxs deputat kimi adekvat olmadığı halda birbaşa seçkidə seçilmiş deputatın (özü də 125 nəfərin hamısının) siyasi və hüquqi (eləcə də, şəxsi) taleyini dəyişdirəcək qərarı verəndə adekvat oldur? Yaxud təsəvvür edək ki, bir adam qanunu pozub, cinayət törədib. Onun cinayət törətdiyi anda affekt vıziyyətində olub-olmaması, anlaqlı olub-olmaması haqda məhkəmə-tibb eksertizası təyin olunur, ekspertlır rəy verir,tərəflər bununla razılaşır və ya razılaşmır, məhkəmə də öz verdiktində bu rəylərə əsaslanır və ya tərəflərdən birinin və ya hər ikisinin vəkilləri ekspertiza rəyinin keçərli olmadığla dair təkzibounmaz sübutlar gtirdikdə məhkəmə də bu rəyləri əsas götürmür. Eləcə də, məhkəmə işin ağırlaşdırcı və yüngülləşdirici hallarına dair ittiham və müdafiə tərəflərinin təqdim etdiyi sübutları araşdırır, nəzərə alır və almır. Ancaq YAP Siyasi Şurasının və deputatların parlamentin buraxılmasına və növbədənkənar seçkilərə gedilməsinə dair Prezidentə müraciət haqında qərarlarına baxsaq, belə məlum olur ki, təqsirləndirilən də, ittihamçı da, vəkil də, ekspert də, hakim də və təbii ki, zərərçəkən də özləridir.Ən qəribəsi budur ki, bu işdə nə ağırlaşdırıcı, nə yüngülləşdirici hallar da yoxdur. Deyirlər: “Adekvat olmadıq, vəssəlam”. Daha qəribəsi odur ki, islahatlarla ayaqlaşmadığını deyənlər arasında “bitərəf”lər və “başqa” partiyaların nümayəndələri – guya müxalifət deputatları da var (Hər halda Bahar Muradova belə dedi və etiraz edən də olmadı, düzdür, kimsə sual vermək istəyirdi, ona da Oqtay Əsədov aldığı göstərişə və ya özünün parlamentarizm haqqında olmayan təfəkkürünə adekvat olaraq imkan vermədi). Deputatların bu şəkildə özünü aşağılayaraq istefa verməsi onun üçündür ki, yeni tərkibi formalaşdırmaq səılahiyyıtində və gücündə olanlara – dövlətin zirvəsindəki iki nəfərə seçim rahatlığı yaradılsın. Bunu da anlamaq olar – partiya qərarı və ya başqa faktorlar var. Ancaq bütün bunlardan sonra deputatlardan birinin: “Biz xalqdan daha yüksək etimad almaq üçün parlamenti buraxırıq” deməsi, insanlardakı neqativ potensialdan xəbər verir.

İstənilən halda Mili Məclis artıq qərar verdi. Lehinə olan “99” rəqəmi bir az şübhəlis gəlsə də (adətən mağazalarda görüsən, hansısa malın qiyməti 100 manat deyil, 99 manatdır). Nə isə. Olan oldu. İndi “özünü buraxmış” deputatların Konstitusiyada hansı işləri görməli olduqları halda görmədiklərinə baxaq:

Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar

I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;

2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;

3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;

4) referendum;

5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;

6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;

7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;

8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;

9) dövlət təltifləri;

10) fiziki və hüquqi şəxslərin statusu;

11) mülki hüquq obyektləri;

12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;

13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;

14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;

15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;

16) əmək münasibətləri və sosial təminat;

17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;

18) müdafiə və hərbi qulluq;

19) dövlət qulluğu;

20) təhlükəsizliyin əsasları;

21) ərazi quruluşu; dövlət sərhədi rejimi;

22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;

23) rabitə və nəqliyyat işi;

24) statistika, metrologiya və standartlar;

25) gömrük işi;

26) ticarət işi və birja fəaliyyəti;

27) bank işi, mühasibat, sığorta.

II. Bu maddənin 2,3,4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.

III. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər[

I. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;

2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;

3) inzibati ərazi bölgüsü;

4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;

6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;

7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;

8) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;

9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;

10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;

11) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;

13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;

14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;

15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;

17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;

18) referendum təyin edilməsi;

19) amnistiya.

20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.

II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə, bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.

III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.

IV. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.

Redaksiyadan: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl saxta əlillik almış şəxslərin bu statusunu ləğv edir və onların həmin müddətdə dövlətdən aldığı vəsaiti təkrar büdcəyə geri ödətdirir. Əgər Milli Məclisin deputatları 4 il ərzində üzərinə düşən vəzifələri icra etməyiblərsə, onların da aldıqları maaşlar geri qaytarılacaqmı?!

Bizim Yol

Paylaş »
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »