Parlamentin buraxılması hadisəsi reallaşmasa da cəmiyyət artıq bunu fakt kimi qəbul etməkdədir. Son çağırış deputatlarımız arasında bəzilərinin adının qalmaqallarla hallanması insanlarda deputat sözünün nüfuzuna etimadı itirdi. Xalqın sözünü deyəcək insanları görmək arzusu yarandı. Nəzərərə alsaq ki, bu günə qədər Milli Məclisdə xalqın vəkili olmaq üçün seçilmək anlayışı sadəcə formallıqdan ibarət idi, hər kəs bunun necə və neçəyə başa gəlməsindən az- çox xəbərdardır. Bu gün ölkəmizin ziyalıları və tanınmışlardan hansılarını deputat görmək istəyirik və ya ziyalılarımız özləri kimləri o kürsülərdə təsəvvür edirlər?
Bizimyol.info-nun sorğusunu təqdim edirik.

Qulu Məhərrəmli özünün deputat seçilməsi barədə danışmaq istəmədi sadəcə xalq bunu istəyərsə bunu haqlı istək kimi qiymətləndirəcəyini bildirdi.
QHT sədri, jurnalist Azər Həsrət: Əlbəttə, özümün belə bir iddiam var. Ən azından təcrübəm, hazırlığım imkan verir ki, islahat kursuna uyğun bir deputat olum.
Kimləri görməyə gəlincə, siyahım bir az uzun olacağı üçün ad çəkmək istəməzdim. Ona görə də namizədliyini irəli sürənlər arasından uyğun bidiklərimi sonrakı mərhələdə qeyd edəcəm.
Arzu Nağıyev: Təbii ki çox istərdim milli məclisdə dövlət və dövlətçiliyi müdafiə edən,müstəqilliyimizi,təhlülısuzliyimizi,vətəndaşlarımlzın rifahını düşünən,dürüst,peşəkar və vətənpərvərlər olsun!!! Öz deputatlığıma seçilməyimdən danışmaq qeyri təvazöpkarlıq olardı
Deputat Nəsib Məhəməliyev gələn dəfə seçkilərə qoşulub qoşulmayacağı barədə sualımızı cavablandırmaq istəmədiyini bildirdi.
Keçmiş deputat YAP siyasi Şurasının üzvü , siyasi elmlər doktoru Vaqif Abdullayev bildirib ki, əgər partiya layiq görərsə yenidən deputat olmaq istəyərdi.
Bəhruz Quliyev: Respublikada aparılan struktur və kadr islahatları cəmiyyətdə yeniliyin olmasına işarədir və dövrün çağırışıdır. Dəstəklədiyimi bildirmək istəyirəm. İslahatlar parlamentdən də vaz keçə bilməzdi. Parlamentdə deputatların aktivliyinə ehtiyac var , hesab edirəm ki, öz uğurlu nəticələrini göstərəcək. Mənim orda kimi görmək istəməyimə gəlincə məncə ən layiqli insanlar cəmiyyətdə nüfuzu olan sözü keçən insanlar orda təmsil olunsa yaxşı olardı. Cəmiyyəti düşündürən problemlərə diqqət çəkən, xalqın səsini çatdıran insanları orda görmək istəyirəm. Özümə gəlincə mən YAP-ın üzvüyəm, partiya namizədliyimi layiq bilərsə istəyərəm, əks halda addım atmayacam.
Aydın Quliyev: Kimisə parlamentdə görməklə bağlı fikir demək istəməzdim Bunu seçicilərin ixtiyarına buraxmaq istərdim. Amma insanların gözü tərəzidir. İnsanlar bilirlər ki, kimi seçmək lazımdır. Cəmiyyətin seçim imkanı olsa əla olardı. Amma özümlə bağlı tam səmimi cavab vermək istəyirəm ki, seçkilərə qatılmaq fikirim yoxdur və parlamentdə olmaq niyyətində deyiləm.
Afaq Bəşirqızı: Belə bir təklifin olması özüm üçün də süpriz oldu. Hamıya minnətdarlığımı bildirirəm. Amma hələlik bu barədə fikirləşmirəm. Başım yeni layihələrə qarışıb”.
Rasim Balayev sosial şəbəkələrdə onun adını çəkən namizədlərə hörmətini ifadə edərək belə bir fikri olmadığını, yaşının və səhhətinin buna əl vermədiyini bildirdi.
İqtisadçı Natiq Cəfərli seçkilərə qatılacağını bildirdi.
Ötən illərdə deputat olmaq üçün cəhd etmiş bəstəkar müğənni Elza Seyidcahan bu dəfə də seçkilərə mütləq qatılacağını bildirdi. “Deputat olmaq , bunu arzulamaq hər vətəndaşın borcudur. Düşünürəm ki xalqa xidmət etmək naminə bunu etməliyəm və mahnılarımla xalqımı dünyada tərənnüm etməliyəm.Yeni bir fikir gətirəcəyimi düşünmürəm. Qanunlarımız kifayət qədər yaxşıdır. Xalqın səsini çatdırsam mənə bəs edər”
İlhamə Rəsulova
Bizimyol.info