Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda avtomobil yüksək sürətlə hotelə girdi – Video

Bakıda avtomobil ağır qəza törədərək hotelin binasına çırpılıb.

Bizimyol.info xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Neftçilər prospekti ilə hərəkət edən “BMW” markalı avtomobil idarəetməni itirib və “Park İNN” hotelinə çırpılıb.

99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə “Audi” markalı nəqliyyat vasitəsinə dəyib. Qaçmaq məqsədi ilə sürəti daha da artıran sürücü əvvəlcə Rəşid Behbudov küçəsinə dönən “Ford” markalı nəqliyyat vasitəsinə, sonra isə “Park İNN” hotelinin giriş qapısına çırpılıb.

Hadisə nəticəsində sürücünün ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralı dərhal yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »