Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi-diplomatik vasitələrlə həll oluna bilər
2018-11-09_213112

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir".

Bu barədə xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamasında bildirilib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində tərəflərə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərindən biridir və Rusiya prezidentinin diqqət mərkəzindədir. Hesab edirik ki, münaqişə yalnız siyasi-diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə həll oluna bilər. Bundan sonra da həm ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibində, həm də istər Azərbaycan, istərsə də Ermənistanla yaxın münasibətlərimizi nəzərə alaraq milli keyfiyyətdə həll yoluna töhfəmizi verməyə davam edəcəyik", - açıqlamada deyilib.(Report)

Paylaş »
››› Nərminin qətlində təqsirləndirilən İlkin: “Mən eləməmişəm, döyürdülər, “tok”a verirdilər”
››› Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı
››› Fevral hansı bürclər üçün düşərli olacaq...
››› İlkin Süleymanov özünü təqsirli bilmir - Video
››› Vaqif Əsədov: “Sürücülər yol polislərinə başqa şey təklif edirlər”

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »