Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parlamentdə müzakirələr - “Yeni ənənənin əsası qoyulur”

Parlamentin bu gün keçirilən iclasında parlame4ntin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb.

Bizimyol.info-nun xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, redaksiya heyətinə Milli Məclisin sədrinin müavini Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Sahibə Qafarova, Səməd Seyidov daxil edilib.

S.Novruzov bitərəf və digər siyasi partiyalardan olan deputatlara müraciət edib.

Deputat həmkarlarını parlamentin buraxılması ilə bağlı YAP Siyasi Şurasının qərarını dəstəkləməyə çağırıb.

Deputat Azay Quliyevin çıxışı isə bir qədər maraq doğurur. O bildirib kİ, bu gün parlamentə maraqlı ənənənin əsası qoyulur. “Güman edirəm yeni deputatlarımız xalq tərəfindən seçiləcək. Biz belə bir təşəbbüslə yeni parlamentin yaradılmasına şərait yaratdıq. YAP bu addımında dünya təcrübəsinə əsaslanıb. Mən bu addımın Azərbaycanın mənafeyinə uyğun olduğunu düşünr və dəstəkləyirəm”.

Gülnarə Əmirqızı

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »