Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlyas İsmayılov: ”Buraxılmış parlament növbədənkənar seçkilərə qədər fəaliyyət göstərə bilməz”

Hüquq və İnkişaf Mərkəzinin sədri Hafiz Həsənəov deyib ki, buraxılmış parlament növbədənkənar seçkilərə qədər fəaliyyət göstərə bilməz. Ancaq YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov demişdi ki, göstərə bilır. YAP-ın bu tövsiyə qərarını açıqladığı gün partiyanın sədr müavini Əli Əhmədov da parlamentin deputatlarının yeni seçkilərə qədər fəaliyyət göstərəcəyini bildirmişdi.

Azərbaycan Respublikasının keçmiş ədliyyə naziri, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, parlament növbədənkənar seçkilərə qədər fəaliyyət göstərə bilməz.

“Əgər parlament buraxılıbsa, deputatlar mandatlarını təhfil veriblərsə nə üçün işləməlidirlər. Hansı məntiqlə.Buraxılmış parlament fəaliyyət göstərməməlidir”,- deyə o bildirib.

Parlament buraxılarsa fəaliyyətləri yarımçıq dayandırılmış indiki deputatalar deputat pensiyası alacaqmı sualımızı isə İlyas İsmayılov Bəli deyərək cavablandırdı. “Onlar deputat seçiliblər və deputat kimi fəaliyyət göstəriblər. Deputat pensiyası almalıdırlar”.

O ki qaldı özünün deputat seçilib seçilməyəcəyinə, İlyas İsmayılov bu məslədə tələsik qərarlar verilməsinin düzgün olmadığını vurğuladı.

“Bu sualı vaxtından əvvəl soruşursunuz. Birincisi Milli Məclis hələ buraxılmayıb. İkincisi bizim partiyada kimin namizəd olacağı barədə müzakirələr getməyib”

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »