Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kapital Bank beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi
kapital4

Kapital Bank İT mütəxəssislərinin iştirak etdiyi beynəlxalq “DevDay in Baku’19” tədbirini təşkil etdi. Layihə İT sahəsində dünya nəhəngi olan IBM şirkəti ilə birgə keçirilib. Tədbirə müxtəlif şirkətləri təmsil edən yüzlərlə dinləyici iştirak edib. Foruma Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov qatılıb. Həmçinin, İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov da spiker qismində çıxış edib və təcrübəsi ilə bölüşüb.

Tədbir proqram təminatı üzrə mütəxəssisləri, proqram mühəndisləri, UI/UX dizaynerləri və informasiya texnologiyaları üzrə digər mütəxəssisləri bir araya gətirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan ekspertlər iştirakçılarla öz təcrübələri ilə bölüşüb, həyata keçirdikləri layihələrlə bağlı biliklərini paylaşıblar.

Ekspertlər Azərbaycanın, Birləşmiş Krallığın, Almaniyanın, Koreyanın, Rusiyanın və digər ölkələrin şirkətlərini təmsil ediblər və bu sahədə intensiv təcrübəyə malikdirlər. Əsas sessiyalardan əlavə olaraq, iştirakçılar “Development”, “Microservices” və “Product Design” adlı sessiya istiqamətlərindən birini seçərək təqdimatlara qatıla biliblər.

“Hazırda Kapital Bank-da İT sahəsinin inkişafı istiqamətində mühüm və davamlı işlər həyata keçirilir. Rəqəmsal və yenilikçi bank olmaq üçün güclü kadr potensialına malik olmaq önəmlidir. Bununla bağlı cari ildə bu sahəyə maraq yaratmaq məqsədilə tələbələri İT üzrə təcrübə proqramına dəvət etdik və nəticədə onlarla gənci işə götürdük. 2020-ci ildə də bu sahədə olan işləri davam etdirəcəyik və bazara yeni peşəkar mütəxəssislər təqdim edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalovla bildirib.

Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində “İT Təcrübə” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Paylaş »
››› Azərbaycanda dəhşət: Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Dünyanın ən varlı insanları hansı bürcdəndir...
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
Son xəbərlər
Bütün xəbərlər »