Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Roberto Bordin: "Bu gün yalnız qol çatışmadı"
2018-12-09_222739

"Çətin oyun oldu. Qapanan rəqibə qarşı oynadıq. Cinahlardan hücumlar təşkil etməyə çalışırdıq. "Səbail" isə əks-hücumdan bir neçə qol vəziyyəti yaratdı. Bizim də çox sayda epizodumuz oldu. Onlardan ən azı birini reallaşdırmağa layiq idik".

Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XIII turunda səfərdə "Səbail" ilə qolsuz heç-heçədən sonra söyləyib.

54 yaşlı italiyalı mütəxəssis deyib ki, əsas məsələ çox sayda qol imkanları yaratmalarıdır:

"Bu gün Rauf Əliyevin işi çox çətin idi. Rəqib üç müdafiəçi ilə çıxış edirdi və onu bağlayırdılar. Keçən oyunda çoxlu qol imkanımız vardı, bunlardan 4-nü reallaşdırdıq. Bu gün çox qol epizodumuz oldu. Olmasaydı, məni narahat edərdi. Sadəcə olaraq, bu gün istifadə edə bilmədik".

Bordin süni örtük amilinin komandasının işini bir qədər çətinləşdirdiyini vurğulayıb:

"Biz təbii örtüklü meydançaya öyrəşmişik. Süni qazon fərqlidir. Bunu səbəb kimi göstərmirəm. Komandamız yaxşı oyun göstərdi. Yaxşı imkanlarımız oldu. Bu gün yalnız qol çatışmadı. Komanda hər şey etdi. Çatışmazlıqları görmək üçün oyunumuzu daha dərindən analiz edəcəyəm. Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Qol epizodlarını reallaşdıra bilmədiyimiz üçün üzülürəm. Amma yaxşı oynadığımızı da düşünürəm". (Report.az)

Paylaş »
››› Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı - Fotolar
››› Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət edib
››› Türkiyə PUA-ları Ermənistan sərhədində uçuşlar edir
››› Keçmiş deputat döyüşə getmək üçün qeydiyyatdan keçib - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »