Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Honkonqda yenidən aksiyalar başlayıb, polis gözyaşardıcı qaz tətbiq edib
808x542_cmsv2_28dd78d5-6651-5be2-b4b5-ec15dd85ac16-4159270

Honkonqda etiraz aksiyaları davam edir.

Bu gün polis Çimsaçey rayonunda küçələrə çıxan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Hökumət əleyhinə keçirilən aksiyaya 10 minə qədər qara paltar geyinmiş insan qatılıb. Bir həftə əvvəl yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə müxalifət yerlərin çoxuna sahib olsa da, yenidən aksiyaların başlaması aksiyaçıların tələblərinin qüvvədə qaldığını göstərir.

Bu gün polisin gözyaşardıcı qaz tətbiq etməsi əleyhinə razılaşdırılmış aksiya da keçirilib. Aksiyada bir neçə yüz şəhər sakini iştirak edib. Sakinlər gözyaşardıcı qazın insanların, xüsusən körpələrin səhhətinə mənfi təsir etdiyini bildiriblər.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 6 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

Oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb.

Ötən müddət ərzində 900 aksiya keçirilib. Aksiyalarla əlaqədar polis 5,8 mindən çox insanı saxlayıb, 1,5 min insan travmalarla əlaqədar xəstəxanalara yerləşdirilib. (Axar.az)

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »