Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli müğənni Bakıda menecerini döydü
mugenni

Ötən gün Bakıda “Elecrta Events Hall”da konsert verən türkiyəli müğənnilər - Ersay Üner və Fəridə Hilalın başlarına iş gəlib.

Kulisdə Ersay Ünerlə meneceri Subutay Yitgin arasında əlbəyaxa dava olub. Əsəblərini cilovlaya bilməyən ifaçı menecerini döyüb. Səs-küyə mühafizə xidməti və tədbirin təşkilatçıları gəlib. Müğənninin köməkçisi otaqdan bayıra çıxarılıb. Davanın hansı səbəbdən yarandığı məlum deyil.

Fəridə Hilalın isə konsert günü saxta kürkü yanıb.

Buna səbəb ifaçının geyiminin səhnə arxasında işıqların üstünə düşməsi olub. Nəticədə kürk əriməyə başlayıb və ətrafa pis qoxu yayılıb. (Qafqazinfo.az)

Paylaş »
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »