Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yataqxanada yanğın: yeddi nəfər tüstüdən zəhərləndi

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.

Saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb.

Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib. (Apa.az)

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »