Şotlandiyanın Edinburq şəhərində yaşayan gənc valideynlərin bəxti gətirib.
Onlar körpənin narahatlığı üzündən yuxusuz gecələrdən sonra yerli otellərdən birində yatmaq imkanı qazanıb.
Bizimyol.info xəbər verir ki, “Yotel” gənclərə belə şərait yaratmaq qərarına gəlib. “Sleep Club” layihəsi körpəsi olan valideynlərə xidmət edir. Onlara oteldə hər cür şərait yaradılır.

York Universitetinin araşdırmasına görə, gənc valideynlər övladlarının 6 yaşı tamam olana qədər rahat yata bilmir. Narahatlıq uzun müddəti əhatə edir.
“Yotel” bütün bu amilləri nəzərə alıb. Otel hətta körpələr üçün süd də təşkil edir. “Yotel”də yer almaq üçün uşağın hələ 3 yaşı tamam olmaması haqda tibbi arayışı təqdim etmək yetər. İlin sonuna qədər edinburqlu gənc valideynlər bu xidmətdən istifadə edə biləcək.