Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlacsız qadın onu xilas etməyə gələnləri görəndə rəqs etməyə başladı - Video

Bursaya gəzməyə gələn bir qadın maraqlı hadisənin diqqət mərkəzində olub.

Belə ki, Osmanqazi bölgəsində bir oteldə qalan Makbule O. adlı qadın otağının qapısının açılmağa cəhd edildiyini zənn edərək əvvəlcə bütün divan və kresloları qapının ardına yığıb.

Daha sonra otağın balkonuna çıxan Makbule O. xilas olmaq üçün bir neçə balkona keçib və yekunda bir bankın balkonunda köməksiz qalıb.

Güclü yağış altında balkonda əlacsız qalan xanımı ətrafdakı insanların çağırdıqları yanğınsöndürmə briqadaları xilas ediblər.

Yanğınsöndürənləri görən kimi oynamağa başlayan xanım telefonunda mahnı açmaq istəyib, amma buna nail ola bilməyib. Daha sonra hadisəni izləyən media nümayəndələrindən mahnı açmaqlarını xahiş edən xanım bir neçə dəfə oynadıqdan sonra yerə endirilib. (Oxu.az)

Paylaş »
››› Yenə dünyanı güldürməyi bacardı: Türkmənistanda daha bir qadağa
››› Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
Son xəbərlər
Bütün xəbərlər »