Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020-nin püşkü atılıb - Türkiyə millisi iki oyununu Bakıda keçirəcək

Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.

Püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşəcək.

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.

Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib. (report)

Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər. Püşkün nəticələri belə olub:

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya

***

AVRO-2020-də Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşib.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

***

Avro - 2020 cedvel

Son xəbərlər
Bütün xəbərlər »