Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putinə hədiyyə edəcəyi atla Suriyadan Moskvaya gəlib
Atla moskvaya gedib

Rusiya prezidenti Vladimir Putinə at həddiyə etmək istəyən şəxs, həmin ata minərək Dəməşqdən Moskvaya gəlib.

Bizimyol.info xəbər verir ki, suriyalı Adnan Azam 2019-cu il aprelin 19-u "Dəməşq ulduzu" ləqəbli ata minərək Rusiyaya yola düşüb. Yanvarda paytaxt Moskvaya çatan Azamın bu səyahəti "Rusiya sayəsində Suriyada sülh" adlandırılıb və Suriya prezidenti Bəşər Əsəd tərəfindən dəstəklənib. Azamın bu atı Rusiya prezidenti Vladimir Putinə həddiyə etməyi planlaşdırdığı bildirilib.

Adnan Azam altı min kilometrdən çox yol qət edərək İraq, İran, eləcə də Azərbaycanda olub. Rusiyada o, Dağıstan, Çeçenistan, Stavropolsk diyarı və Rostov vilayətində baş çəkib. Onun sözlərinə görə, İranda qalmaq çox çətin idi: "Orada olduğum gün 55 dərəcə istilik var idi". Suriyalı Azamın bu səyahəti zamanı sakinlərin evlərində, və ya küçənin ortasında gecələdiyi məlum olub.

Adelya

Bizimyol.info

Paylaş »
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »