Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rəşad Sadiqov: "Açıq danışaq, əvvəlki rəqabət yoxdur"
rəşad

Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt"ı qəbul edən "Keşlə" 2:1 hesablı qələbə qazanaraq, turnir cədvəlində ən azı bir günlük də olsa, 2-ci pilləyə yüksəlib.

Bizimyol.info xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov qarşılaşmadan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Sezar Meza Kollisiz oyununuz o qədər də yaxşı alınmadı. Ümumi oyun necə keçdi?

- Düzü, "Neftçi" və "Qarabağ"ın heyəti digər komandalardan fərqlənir. Həm oyuna, həm heyətin gücünə görə onlar daha yaxşıdırlar. Ancaq digər komandalar bir-birilərinə qarşı başabaş mübarizə apara bilirlər. Sadəcə, kim oyuna düzgün hazırlaşır, o da qələbə qazanır. Bizim Sezarla da, Sezarsız da əziyyət çəkdiyimiz matçlar olub. Bunun elə bir fərqi yoxdur. Tərlan müəllim matçdan əvvəl demişdi ki, istəyirsiniz yaxşı oynayın, istəyirsiniz pis, amma qələbə qazanın. Doğrudan da, çox vacib 3 xal idi. Elə oyunlar olur ki, yaxşı oynamasan da, qələbə qazanırsan. Bəzən ilə əla çıxış edib, qalib gələ bilmirsən.

- Uzun müddət kənarda qaldıqda adam, ümumiyyətlə, oynamaq istəmir. Baş məşqçi sizə göstəriş verəndə meydana çıxmaq istəyirdiniz?

- Əlbəttə, istəyirdim. Özünüz də gördünüz ki, heç isinmə hərəkəti etmədən meydana çıxdım. Çünki ilk hissənin sonlarında gözlənilməz bir dəyişiklik oldu. Təcili əvəzləmə istədilər, məşq etməyə vaxt da olmadı. Formanı geyinib, meydana çıxdım. Təbii ki, istər-istəməz ağır idi. Axı neçə vaxt idi oynamırdım. Daha çox futbolçu çatışmazlığı olduğu zaman oynayıram.

- İsinmə hərəkəti etmədən meydana çıxsanız da, normal oynadınız. Bu, çempionatın səviyyəsinin aşağı olmasından xəbər vermir?

- Açıq danışaq, əvvəlki rəqabət yoxdur. Əvvəl elə hücumçular var idi ki, bir anlıq boş buraxan kimi qaçırdılar, çata bilmirdin. İndi oynamaq bir az rahatdır. Çox uzağa getməyək, Ndlovu, Kanales, Mendi kimi futbolçular var idi. Hər komandada güclü qolçu olurdu. İndi o cür hücumçu yoxdur. Həm də 8 komandalı çempionatdır, istər-istəməz səviyyə aşağı düşməlidir. Bir rəqiblə 4 dəfə qarşılaşırsan, kubokda da üz-üzə gələndə bu say olur 6. Adi yeməyi bir dəfə yeyəndən sonra iyrənirsən. 6 dəfə yesən necə olar?

- İkinci pillədə olsanız da, ümumi fikir belədir ki, "Keşlə"yə bu heyətlə çox çətin olacaq...

- Onsuz da, indi oynamaq hamıya çətindir. Heyət güclü olsa belə, rəqabət ağır olacaq. Komandaların hamısı bir-birinə gücünü göstərir. İnşallah, qış fasiləsində bir qədər güclənərik, heyətimiz daha da yaxşılaşar. 2 və ya 3-cü yerin fərqi yoxdur, əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Qaşımıza konkret hansısa yeri tutmaq tapşırığı qoyulmayıb, özümüz də Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Qışda heyət güclənsə, karyeranızı bitirə bilərsiniz?

- Kim gəlir-gəlsin, yaya qədər kömək lazımdırsa, edəcəm. Özünüz də gördünüz, mərkəz müdafiəçilərimizdən ikisi qalmışdı, biri də oyunun gedişində zədələndi, məcburiyyətdən əvəzləndi. Belə oyunlar hələ çox olacaq. Lazım oldum ki, oynadım. Zədə olmasaydı, yəqin ki, meydana çıxmayacaqdım. Zədələr qaçılmazdır. Hər komandanın heç olmasa 22 oyunçusu olmalıdır ki, hər mövqedə 2 oyunçu yer alsın.

- Uzun müddət formasını geyindiyiniz "Qarabağ" Avropa Liqasında münasib qrupdan çıxa bilmədi. Sizcə, bunun səbəbi nə idi?

- "Neftçi" qrupa düşənə qədər hamı arzulayırdı ki, heç olmasa qrupa düşək. Həmin vaxt pley-offa qədər getmək belə, çətin idi. Bu istəklə böyüyürdük. Deyir, iştaha diş altında olur. İndi bilirik ki, qrupda rəqiblər güclü olur. Qrup Azərbaycan futbolu üçün pik nöqtədir. Avropa Liqasının qrupunu 50 ildir arzulayanlar var. "Qarabağ" qrupa vəsiqə qazanandan sonra hamı başladı bu komandadan daha çox şey istəməyə. Məncə, bu, düzgün yanaşma deyil. Çünki qrupa düşmək özü bir nailiyyətdir. Ordan çıxmağı komandanın boynuna qoymaq düzgün deyil.

Paylaş »
››› Bakıda yanan “EuroHome” ticarət mərkəzinin sahibi barədə məlumat yayıldı - Foto
››› Bakıda böyük ticarət mərkəzinin qəsdən yandırılması barədə xəbərə rəsmi reaksiya
››› Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq - Foto
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »