Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Qəbələ"nin baş məşqçisi: "Zamana ehtiyacımız var"
qeb

"Bizi çətin oyunun gözlədiyini bilirdik. Komandanı da belə qarşılaşmaya hazırlamışdıq".

Bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIII turunda "Zirə"ni 3:0 hesabı ilə yendikləri oyundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis qələbəni məzmunlu oyun sayəsində qazandıqlarını bildirib: "Zirə" yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Rəqibin heyətində güclü ifaçılar var. Ona görə ilk dəqiqədən məzmunlu komanda oyunu nümayiş etdirməyə, sonadək konsentrasiyanı qorumağa çalışdıq".

Ümumilikdə futbolçuların oyunundan razı qaldığını söyləyən Baxşıyev çatışmazlıqları da diqqətə çatdırıb: "Çalışırıq ki, hər məşqdə bunun üzərində işləyib aradan qaldıraq. Komandada sabitlik çatmır. Bu da onunla bağlıdır ki, heyət gəncdir, akademiyanın yetirmələrindən qurulub. Amma vaxt keçdikcə bu da aradan qalxacaq. Zamana ehtiyacımız var. Turlar keçdikcə komanda daha məzmunlu oynayır".

Baş məşqçi yenidən "Qəbələ"də çıxış edən İbrahima Niassedən də danışıb: "Niasse yeni gəlsə də, öz evinə qayıdıb. Burada yaxşı dönəmini keçirib. Onun bizə qoşulmasını mən rəhbərlikdən xahiş elədim. Bu gün yaxşı oynadı. Amma o daha çox kömək edə biləcək futbolçudur. İnanırıq ki, Niasse daha faydalı olacaq".(report)

Paylaş »
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »