Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı akademik: "Dünyada ürək xəstəliklərinin sayı azalır"

"Dünyada ürək qan-damar xəstəliklərinin sayı azalır".

Bunu Rusiya Kardiologiya Elmi Cəmiyyətinin rəhbəri, akademik Yuri Belenkov Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiyada bu xəstəliklərin sayı 2.5 dəfə azalıb: "Buna baxmayaraq, qarşımızda duran bütün məqsədlərə nail ola bilməmişik. Çünki dünyada səhiyyə sistemi ölüm hadisələrinin yalnız 7%-nin qarşısını alır. Qalanı isə ətraf mühit, stress, sağlam həyat tərzindən asılıdır. Rusiya Prezidenti həkimlərin qarşısına belə bir tapşırıq qoyub ki, ölkədə ölüm hallarının sayı azaldılsın, uzunömürlülük üçün addımlar atılsın. Biz bunu icra edirik. Amma qeyd edim ki, müayinə prosesi heç də ucuz deyil. Bunu məmurlar da nəzərə almalıdır".

Son xəbərlər
Bütün xəbərlər »