Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bu gün Avro-2020-nin püşkü atılacaq
AVRO-2020: Azərbaycan-Macarıstan

Bu gün Avro-2020-nin final mərhələsinin püşkatması olacaq.

Oxu.Az xəbər verir ki, püşkatma Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Dörd səbətə ayrılmış 24 komanda altı qrupa bölünəcək. Avro-2020-yə vəsiqə qazanmış 20 komandanın adı bəllidir. Dördüncü səbətdə yer alacaq son dörd komandanın adı isə martın sonlarında keçiriləcək pley-off oyunlarından sonra bilinəcək.

I səbət

Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

II səbət

Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

III səbət

Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

IV səbət

Uels, Finlandiya, pley-offdan gələcək 4 komanda

ROMEXPO sərgi mərkəzində təşkil olunacaq tədbir bəzi yığmalar üçün yalnız rəqiblərin müəyyənləşməsi baxımından əhəmiyyət kəsb edir. Çünki təşkilatçı ölkələrin yığmaları öz oyunlarını doğma şəhərdə keçirmək hüququna malikdir. Bu üzdən də yeddi yığmanın qrupu artıq dəqiqləşib.

Həmin komandalar öz səbətlərindən olan milli ilə eyni qrupa düşməyəcək. Buna görə də daha iki yığmanın qrupu öncədən bəllidir. Birinci səbətdə yer alan 6 komandadan dördü meydan sahibidir.

Onlarla düşməsi mümkün olmayan Ukrayna və Belçika B ilə C qruplarında yer alacaq. Ukraynalıların siyasi münasibətləri pis olan Rusiya ilə düşməsinin mümkünsüzlüyü isə onların C qrupuna, Belçikanın isə D-yə düşməsinə səbəb olub.

A qrupu: İtaliya

B qrupu: Belçika, Rusiya, Danimarka

C qrupu: Ukrayna, Niderland

D qrupu: İngiltərə

E qrupu: İspaniya

F qrupu: Almaniya

Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinin qarşılaşmaları 12 şəhərdə baş tutacaq. Bu da Avropa çempionatının 60 illiyi ilə bağlıdır. Hər qrupun görüşləri iki ölkədə oynanılacaq.

A qrupunun oyunları İtaliya (Roma) və Azərbaycanda (Bakı), B qrupununku Rusiya (Sankt-Peterburq) və Danimarkada (Kopenhagen), C qrupunku Hollandiya (Amsterdam) və Rumıniyada (Buxarest), D qrupunku İngiltərə (London) və Şotlandiyada (Qlazqo), E qrupunku İspaniya (Bilbao) və İrlandiyada (Dublin) və F qrupunku Almaniya (Münxen) və Macarıstanda (Budapeşt) keçiriləcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatma mərasimi AzTV və İTV vasitəsilə canlı yayımlanacaq.

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »