Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ müdafiə xərcləri ilə bağlı NATO-ya üz tutdu

Amerika tərəfi NATO-ya üzv olan ölkələrin liderlərini müdafiə xərclərinin maliyyələşdirilməsini artırmağa çağırıb.

Bu barədə TASS Ağ Evin yüksək rütbəli nümayəndəsinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Ağ Ev Şimali Atlantika Alyansının üzv ölkələrindən müdafiə xərclərini ÜDM-in 2%-i qədər artırmağı gözləyəcək.

Qeyd edilir ki, hazırda NATO-nun üzvü olan yalnız doqquz ölkə bu göstəriciyə çata bilib.

Müdafiə xərclərinin artırılması ideyası da ABŞ prezidenti Donald Tramp tərəfindən yüksək qiymətləndirilib və dəstəklənib, belə ki, o, ittifaqın daha da güclənməsini istəyir.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »