Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mafiya adasında evləri 1 avroya satmağa başladılar

Mafiya adası kimi tanınan Siciliyada hamını təəccübləndirəcək aksiyaya başlayıblar.

Bivona kəndində 1 avroya evlər satırlar.

Bizimyol.info xəbər verir ki, mafiya adasında hamıya əlçatan sayılacaq evlər satışa çıxarılıb. Qiymət 1 avrodur, sadəcə, əvvəlcədən 2750 avro depozit qoyulmalıdır. Sonradan depozitin təmirə, restavrasiyaya sərf olunacağı ehtimal edilir. Bu isə təxminən 4 il sürəcək.

Evi alandan sonra burada yaşamaq tələb olunmur. Buranı restoran kimi də istifadə etməyə icazə var.

Evlərin belə qiymətə satışa çıxarılmasında məqsəd Bivonaya insanları cəlb etməkdir. Çünki son 10 ildə kənddə yaşayanların sayı iki dəfə azalıb. İndi Bivonada 3800 nəfər daimi yaşayır.

Son xəbərlər
Bütün xəbərlər »