Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşlədiyi şirkətin 43 min dollarını götürüb qaçdı: Qaçanda kameraya düşdü - Video

Türkiyənin İstanbul şəhərində şirkətlərdən birinin əməkdaşı 250 min lirəni (43 min dollardan çox) iş yoldaşının əlindən alaraq qaçıb. Qaçış anı kameraya düşüb.

Bizimyol.info xəbər verir ki, İstanbulda şirkətdə işləyən Ramazan İ. iş yoldaşı Turqut E.-nin azacıq fikrinin yayınmasından istifadə edib. O, şirkətin pullarını götürərək qaçıb. Kamera görüntülərində onun necə qaçdığı aydın görünür. O, pulları cinayət ortağı Ahmet Y-yə çatdırmaq istəyirmiş. İstəyi baş tutmayınca pul dolu çantanı avtomobillərdən birinin içinə tullayaraq qaçıb. Cinayət ortağı Ahmeti isə polis ələ keçirib.

Son xəbərlər
Bütün xəbərlər »