Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Fransa prezidenti haqda “beyni ölüb” dedi

Fransa prezidenti Emmanuel Makronun Türkiyənin NATO-dan çıxarılması ehtimalı barədə fikrinə Rəcəb Tayyib Ərdoğan münasibət bildirib.

Emmanuel Makron

Qardaş ölkənin prezidenti Fransa dövlət başçısı haqda “beyni ölüb” deyib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan Makronun əsas söz sahibi olmadığını bildirib. Onun sözlərinə görə, Türkiyənin NATO-da qalıb-qalmamasına Fransa prezidenti qərar vermir.

Ərdoğan Makronun terrorizmlə mübarizədə təcrübəsinin olmadığını söyləyib: “Buna görə də sarıjiletlilərin aksiyaları səngimir”.

Makron Türkiyəyə eyham vuraraq NATO-nun beyninin öldüyünü söyləmişdi. Onun fikrincə, strateji məsələlərdə alyans üzvləri arasında koordinasiya yoxdur. Makron xüsusilə ABŞ və Türkiyədən söhbət getdiyini gizlətməyib. Ərdoğan isə fransızın sözlərinə işarə vuraraq onun özünün beyninin öldüyünü deyib.

Son xəbərlər
Bütün xəbərlər »