Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO ölkələri müdafiə xərclərini artırır

NATO ölkələri 2024-cü ilədək müdafiə xərclərini 400 milyard dollar artırmaq niyyətindədir.

Bu barədə Alyansın London zirvə görüşü ərəfəsində baş katib Yens Stoltenberq bildirib.

“Ötən il liderlərin Brüssel görüşündə milli planlar hazırlamaq qərara alınmışdı. İndi isə Alyans ölkələri yenilənmiş NATO planlarını təqdim ediblər. Bunlara əsasən, 2024-cü ilədək NATO-nun məcmu hərbi xərclərinin 400 milyard dollar artacağını söyləyə bilərəm”, - baş katib qeyd edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »