Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Musa Qasımlı: “Parlamentin buraxılması Konstitusiyaya uyğundur”

Məlum olduğu kimi, dekabrın 2-də Milli Məclisin buraxılmasına dair məsələ parlamentdə müzakirə olunacaq.

Bununla bağlı YAP qərar verib. Hakim partiyadan olan deputatların növbədənkənar parlament seçkisi keririlməsi ilə bağlı təklifinin, ümumiyytlə, bu məsələnin Konstitusiyaya zidd olduğunu deyənlər də var.

Millət vəkili Musa Qasımlı parlamentin buraxılması ilə bağlı Bizimyol.info-ya açıqlamasında bildirib:" Biz bütün bu məsələlərin hamısına Azərbaycan Respublikasının əsas qanunu olan Konstitutsiyanın çərçivəsində baxmalıyıq. Milli Məclisin çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar bu məsələni gündəliyə gətiriblər. Tamamilə Konstitusiyaya uyğundur və növbədənkənar parlament seşkilərinin keçirilməsi məsələsinə baxılacaq. Burada qeyri--adi elə bir şey də yoxdur. Bu praktika dünya ölkələrinin parlamentlərində var. Bunu da normal qarşılamaq lazımdır”.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »