Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Agentlik istifadə müddəti saxtalaşdırılan məhsullar aşkarlayıb
Dovğa

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Agentlik əməkdaşları Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Xəzər” marketdə monitorinq keçirib. Monitorinq zamanı marketdə “Amal” firmasına məxsus saxlama müddəti ötmüş “Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb.

İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. “Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Paylaş »
››› Azərbaycanda koronavirusa yoluxanların sayının artmasına səbəb... – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Bakıda Sobsan boya fabrikində yanğın başlayıb - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
Son xəbərlər
Bütün xəbərlər »