Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əvvəllər gəlib qəzetlərdən istədikləri hissəni kəsib aparırdılar" - "Axundov Kitabxanası"ndan fotoreportaj

Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına baş çəkdiyim zaman belə bir hadisə ilə qarşılaşdım.

Kitabxananın "Sərgi zalı" hissəsində gəzdiyim zaman burada "Kommunist" qəzetinin 1926-cı il 10 mart və "Maarif və mədəniyyət" jurnalının 1923-cü il tarixli buraxılışları diqqətimi cəlb etdi. Yüz ilə yaxın yaşı olan bu qəzet və jurnalların necə qorunub saxlanıldığı haqda kitabxanaçıdan soruşduqda, belə bir cavab aldım: "Əlbəttə. Bütün köhnə qəzetlərin nömrələri fondda və kitabxana arxivində saxlanılır. Vərəqlər çox köhnə olduğundan, oxumaq üçün yalnız şəklini çəkməyə icazə verilir".

Onun sözlərinə görə, əvvəllər köhnə kitab və jurnallara nəzarət daha zəif idi: "Əvvəllər oxucular gəlib bu qəzetlərin müəyyən hissələrini ülgüc ilə kəsib aparırdılar. İndi isə kitabxanamızda kamera nəzarəti olduğundan belə hallara rast gəlinmir".

Ardı var

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »