Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni Ombudsman Milli Məclisdə and içib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) andiçmə mərasimi keçirilib.

Səsvermə nəticəsində Ombudsman seçilən Səbinə Əliyeva Milli Məclisdə and içib.

O, parlament üzvlərinə təşəkkür edib. S.Əliyeva: “Sizi əmin etmək istərdim ki, əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”.- deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »