Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin buraxılması qərarı ertələndi
Milli Məclis

Məlum olduğu kimi, dünən YAP Siyasi Şurası qərar qəbul edərək Milli Məclisin bu partiyadan olan deputtalarına tövsiyə edib ki, parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etsinlər.

Dünən Milli Məclisin YAP-dan olan deputatları bu qərarı dəstəkləyiblər. Öz deputat mandatlarını geri çəkirlər. Bbeləliklə, Milli Məclisdə yetərsay pozulacağı üçün Prezidentə Milli Məclisin çoxluğunun qərarı ilə rəsmən müraciət ediləcək.

Əmkdaşımız parlamentin plenar iclasından xəbər veriri ki, bu məsələ bu gün müzakirəyə çıxarılmadı.

Məsələ formal müzakirəərdən keçirilməli, komitələrdə baxılmalı olduğu üçün yekun qərarın qəbul edilməsi növbəti plenar iclasın gündəliyində olacaq. Deputatlar ayın 2-də Milli Məclisin yeni plenar iclasında bu məsələ haqda qərar verəcəklər.

Xatırladaq ki, Konstitusiyanın 98-ci maddəsində nəzərədə tutulduğuna görə, Milli Məcis 94, 95-ci maddəlrin və 96-cı maddənin bəzi bəndlərinin, eləcə də 97-ci madddənin müddəalarını pozduqda Prezident Milli Məclisi buraxa bilər.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, deputlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə parlamentin buraxılması üçün müraciət etməyi təklif ediblər: "Mən də bu müraciəti dəstəkləmişəm. Çünki aparılan islahatlarla bağlı Milli Məcisin deputatlarının da üzərinə vəzifələr düşür. Ona görə də bu məsələyə dekabrın 2-də baxılacaq"

Gülnarə Əmirqızı

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
Son xəbərlər
Bütün xəbərlər »