Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlyas İsmayılov: Milli Məclis barədə yaradılan təsəvvür hansısa məkrli siyasətə xidmət edir

Milli Məclisin buraxılmasına dair səslənən fikirlər cəmiyyətdə geniş və qızğın müzakirələrə səbəb olub. İqtidar cəbhəsi bu addımı dövlət başçısının siyasi kursuna dəstək kimi qiymətləndirir, müxalifət cəbhəsi isə bu addımın gözlənildiyini, Milli Məclisin fəaliyyətinin yarıtmaz vəziyyətdə olduğunu qeyd edir.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Bizimyol.info-ya bildirib ki, Milli Məclis Prezident Aparatının uzantısıdır və onun heç bir səlahiyyəti yoxdur.

“Belə bir mağmun vəziyyətdə olan Milli Məclisin guya islahatlara dirənməsi barədə yaradılan təsəvvür illuziyadır və hansısa məkrli siyasətə xidmət edir”,- deyən politoloq qeyd edib ki,Parlamentin buraxılmasının zəruriliyini sübut etmək üçün göstərilən arqument qəribə sələnir.

“YAP Siyasi Şurasının qərarında isə deyilirki, mövcud parlament dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat deyil və son aylar ölkədə aparılan islahatlardan geri qalır. Halbuki, ölkədə nə hər hansı islahat aparılır, nə də Milli Məclis o islahatlara qarşı çıxacaq gücdədir. Əksinə, Prezident Aparatının uzantısı olan bu qurum ölkə başçısının arzuladığı istənilən qərar və qanunlara imza atır.

İlyas İsmayılov ehtimal edir ki, hakimiyyətin xarici havadarları onun qarşısında hansısa tələb qoyub və YAP da bu tələbi yerinə yetirir”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »