Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Partiyalar növbədənkənar seçkilərə hazırdırmı? – "BAXCP növbədənkənar seçkiləri iyul ayında proqnozlaşdırıb"

Milli Məclisin buraxılmasına dair qərarın tezliklə verilməsi gözlənilir. Bəs ölkənin əsas müxalifət partiyaları növbədənkənar seçkilərə hazırdırmı?

İqtisadçı alim Rövşən Ağayev bildirib ki, bu gün müxalifət qüvvələrinin içərisində parçalanma gedir və onlar seçkilərdə iştirak edə bilməyəcək. Ayrı- ayr partiya nümayəndələrinin seçkilərlə bağlı planını öyrənməyə çalışacağıq.

İlk açıqlama isə BAXCP-dən gəlib. Partiya nümayəndəsi, politoloq Nəzakət Məmmədova üzvü olduğu təşkilatın hər zaman böhran durumlarına hazırlıqlı olduğunu qeyd edib.

“Bizim partiyamız seçkilərə hazırdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev daima növbədənkənar seçkilərin ola biləcəyini, seçki sistemində mütərəqqi dəyişikliklər edilməsinin zəruriliyini vurğulayıb.

Millət vəkili hələ iyul ayında “Yeni Müsavat” -a verdiyi müsahibəsində eynilə belə demişdi: “YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, ölkə qanunvericiliyi buna imkan verir. YAP üzvləri MSK -ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83 – dən az olursa Milli Məclis səlahiyyətini itirir.

Qanuna görə prezident dərhal yeni seçki elan etməlidir, bunun üçün deputatların toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin politik baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir ”. Gördüyümüz kimi, bu gün eynilə Qüdrət Həsənquliyevin dəqiqliklə proqnozlaşdırdığı proseslər eynilə onun dediyi kimi cərəyan edir. Bu ehtimalı dəqiqliklə proqnozlaşdıran partiyanın sədri təbii ki, erkən seçim zərurətini və buna hazırlığın olmasını nəzərər alıb.

BAXCP sədri öz çıxışlarında hər zaman bu istiqamətdə addım atılacağı təqdirdə dəstək verəcəyini də vurğulamışdı: “Hökumət növbədənkənar seçkilərə gedərsə biz partiya olaraq bunu dəstəkləyəcəyik”

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »