Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqladılar

Kiberhücumların qarşısının alınmasında ixtisaslaşan Beynəlxalq “Group-IB” şirkəti açıq hərbi əməliyyatlarda kiber silahdan istifadəni 2019-cu ilin ən qorxulu tendensiyası olaraq tanıyıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə şirkətin Sinqapurdakı “CyberCrimeCon” kibertəhlükəsizlik konfransında təqdim etdiyi hesabatında deyilir.

“2017 “WannaCry”, “NotPetya” və “BadRabbit” kriptoqrafik viruslarının epidemiyası ili seçilmişdi, 2018-ci ildə “side-channel”in mikroprosessorlarda zəifliklərlə əlaqəli təhdidlərə zəif hazırlığı aşkarlandı. Lakin 2019 açıq hərbi kiberəməliyyatlar ili oldu”, - deyə “Qrup-İB”nin texniki direktoru Dmitri Volkov bəyan etdi.

O, dövlətlərarası qarşıdurmaların yeni forma aldığını və kiberfəaliyyətin bu qarşıdurmada aparıcı rol oynamağa başladığını vurğulayıb.

Dünyanın ən təhlükəli hakerləri Rusiyada qeydə alınıb. Onlar milyardlar oğurlayırlar və onları dayandırmaq mümkün deyil.

Bunun yanında belə hakerlərin fəaliyyəti illərlə görünməz qala bilər, onların çox az qismi ictimaiyyətdə məlum olur.

Kiber silahların siyasi məqsədlər üçün istifadəsinə nümunə olaraq, Volkov Venesueladakı “blekakaut”u göstərib.

“Group-IB”yə görə, kiberməkanda manipulyasiyalar, məsələn, müxtəlif ölkələrdə internetin kəsilməsi sosial və iqtisadi ziyana, habelə dövlətlərdə vəziyyəti gərginləşdirməyə səbəb ola bilər.

2018-ci ilin ikinci yarısı və 2019-cu ilin birinci yarısının müşahidəsi zamanı mütəxəssislər dövlətə sponsorluq edən çoxsaylı əvvəllər adı məlum olmayan qruplar aşkar ediblər. “Group-IB”, yeddisi casusluq məqsədi daşıyan 38 haker qrupunun fəaliyyətinə diqqət çəkib. Belə qruplardan biri olan “RedCurl” sığorta, konsaltinq və tikinti şirkətlərinə hücum edir. Hücumlar üçün qanuni servislərdən istifadə edir ki, bu da şirkətin infrastrukturunda onun aşkarlanmasını çətinləşdirir.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »