Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Başı daxili çəkişmələrə qarışan müxalifət seçkilərə lazımı səviyyədə hazırlaşa bilməyəcək"

“Yoxluğu varlığından daha çox bilinən bir qurumun özünü buraxmasından varsa hansı addım ola bilər ki?

Məncə cəmiyyətimizin bütün tərəqqipərvər qüvvələri bu şansı maksimum dəyərləndirməlidir. Yeni və erkən parlament seçkisi bizim üçün tarixi bir şansdır.

Yenə də uduzsaq, bir neçə onilliyimizi uduzmuş olacağıq.

Özümüz onsuz da məğlubuq, heç olmazsa övladımızı da gələcəyə məğub göndərərməyək”

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Rövşən Ağayev səsləndirib.

“Parlamentdə təmsil olunan deputatların içərisində məsuliyyətini dərk edənlərlə yanaşı, nə baş verdiyinin fərqinə varmadan qıcıqlandırıcı açıqlamalar verənlər, adekvat olmayanlar da kifayət qədərdir. Adı daim parlamentdən kənar qalmaqallarda hallanan deputatla üçün isə artıq bu Milli Məclis bir keçmiş olacaq.

Ciddi və adekvat deputatlar üçün yeni seçkiləç heç bir təhlükə yaratmır. Onlar yenidən seçkilərdə qalib gəlmək şansına malikdirlər.

Bölgədəki sosial-politik durumun analizi göstərir ki, struktur və kadr islahatları il yan yana, yeni parlament zərurəti yaranıb”

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »