Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İnqilab Keşikçilərinin generalı prezidentin həbsini tələb etdi
Məhəmməd Əli Cəfəri

İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan və bütün ölkəni bürüyən üsyanın yatırılmasından sonra İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda bu korpusun bölmələrindən birinin komandiri olan general Məhəmməd Əli Cəfəri prezident Həsən Ruhaninin həbsini tələb edib.

General Ruhaninin və onun administrasiyasının üzvlərinin məhkəməyə cəlb edilməli olduğunu deyib. “Tasnim” agentliyi bildirir ki, general Cəfəri ölkəni büümüş etirazlara görə məsuliyyətin prezident və administrasiyasının üzərində olduğunu bildirib. “O və məmurları xalqın ehtiyacları ilə maraqlanmadılar”,-Cəfəri deyib.

İranda xidmətdə olan generalın prezidentə qarşı bu cür çıxış etməsi nadir hadisədir.Məhəmməd Əli Cəfəri 2019-cu ilin əvvəllərinə qədər qüdrətli İnqilab Keşikçiləri Korpusuna komandanlıq edib, lakin daha sonra hansısa əməliyyatın uğursuz alınmasına görə vəzifəsi kiçildilib və korpusun bölmələrindən birinə komandir təyin edilib.

Cəfəri prezident administrasiyasını bacarıqsızlıqla ittiham edərək deyib ki, hökumətin benzinin bahalaşması barədə son qərarı həm mahiyyətcə, həm icra baxımından uğursuz idi. Çünki hökumət bu addımın xalqın güzəranına təsirini hesablamamışdı və aztəminatlı ailələrin bahalaşmadan zərər çəkməməsi üçün əvvəlcədən tədbirlər görməmişdi. “Məmurlar məhkəmə qarşısında cavab verməlidir”,-general bildirib.

Beynəlxalq insan haqları təşkilatlarının bildirdiyinə görə, İranda bir neçə gün davam edən etirazlar zamanı 200-dən çox adam öldürülüb. Minlərlə etirazçı həbs edilib. İran hakimiyyəti etirazları yatırmaq üçün ifrat güc tətbiq edib, eyni zamanda etirazçılar yüzlərlə bank şöbələrini, benzindoldurma stansiyalarını və digər ictimai obyektləri yandırıblar.(Virtualaz.org)

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Donald Tramp İrana təşəkkür etdi
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
Son xəbərlər
Bütün xəbərlər »