Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb
2019-11-29_000518

Ötən həftə Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq Payız Turniri təşkil olunub.

Yarışda Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan iştirakçılarla yanaşı, Azərbaycan məktəbliləri də öz biliklərini sınayıb. Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdi Əziz Hüseynov yarışda uğurlu nəticə göstərərək, gümüş medal qazanmağa müvəffəq olub.

Məlumat üçün bildirək ki, İnformatika üzrə Payız Turniri 2001-ci ildən başlayaraq Şumen şəhərində keçirilir. 2009-cu ildən etibarən digər ölkələrin məktəbliləri də turnirə qatılmağa başlayıb.

Məktəblimizin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki, şagirdlər Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, Azercell cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.

Paylaş »
››› Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı - Fotolar
››› Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət edib
››› Keçmiş deputat döyüşə getmək üçün qeydiyyatdan keçib - Foto
››› Türkiyə PUA-ları Ermənistan sərhədində uçuşlar edir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »