Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nizami Cəfərov: “Bu qərar 10 il qabaq verilməli idi”

Milli Məclisin deputatı parlamentin buraxılması təşəbbüsündən danışdı

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının toplantısı keçirilib. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Azərbaycanda Milli Məclisi buraxılacağı və növbədənkənar Parlament Seçkiləri keçirilməsi ilə bağlı qərarı açıqlayıb.

Milli Məclisin deputatı Nizami Cəfərov Bizimyol.info internet qəzetinə açıqlamasında bu qərarı şərh edərək deyib: “Milli Məclisin buraxılması ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) mətbuat konfransı keçirdi və orda bütün səbəblər aydınlaşdırıldı. Həqiqətən ölkədə böyük dəyişikliklər gedir. O dəyişikliklər o qədər sürətlə gedir ki, parlament həmişə geri qalır. Mən hələ 10 il bundan qabaq müsahibələrimin birində demişdim ki, biz parlamentdə qanun qəbul elədikcə, icra srtukturlarında gedən proseslərdən geri qalırıq , gecikirik. Azərbaycan Prezidentinin əvvəldən gələn bu ənənələrlə sürətlə millət və dövlət quruculuğu prosesi gedir. Bu proses də istər- istəməz parlamentə, qanunvericilik məsələlərinə təsir etməidir. Ona görə fikirləşirəm ki, hələ bəlkə bir neçə il bundan əvvəl də parlamenti buraxmaq mümkün idi. Mənə elə gəlir ki, Cənab Prezident bir az da fikirləşdi ki, dəyişikliklər ən son parlamentdə getməlidir. İcra, məhkəmə strukturlarnda dəyişiklikləri getdi – söhbət təkcə kadr dəyişikliklərindən getmir. Bu dəyişikliklərdən sonra inkişaf əmələ gəlir. Sonuncu dəyişməli oan parlament olmalıdır. Əslində parlament həmişə cənab Prezidenti bu iş üçün dəstəkləyib. Ancaq gərək elə bir dəyişiklik olmalıdır ki, insanlar yeni əhval-ruhiyyə ilə yeni parlament seçsinlər. Cəmiyyətin əhval – ruhiyəsindən çox şey asılıdır. Bu, həm də bu günkü parlament üzvləri üçün də, gələcək parlament üzvləri üçün də bir göstərici olacaq. Yəni, bu dəyişikliklərin cəmiyyətdə reaksiyası necə olur?! Səsvermə nə şəkildə getdi?! Yeni parlamentin tərkibi necə oldu?! Səsvermə necə getdi?! Bunların hamısı çox əhəmiyyətli məsələlərdir. Təbii ki, bu belə olmalıdır. Təşəbbüs Yeni Azərbaycan Partiyasından gəldi. Ancaq partiyamızın lideri yenə də Prezidentimizdir. Son qərarı da o verəcək”.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »