Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laycak azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri barədə danışdı

Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak bu gün Bakıda Slovakiyanın səfirliyinin açılış mərasimində iştirak edib.

Bizimyol.info xəbər verir ki, Laycak bu il ATƏT-ə Slovakiyanın sədrlik etdiyini xatırladaraq erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfəri barədə danışıb.

“Prosesləri yaxından izləyirəm, iki ölkədə jurnalistlərin qarşılıqlı səfərlər müsbət haldır. Bu siyasi şəraiti yaxşılaşdıracaq, tərəflər arasında etimadı artıracaq. Slovakiya ATƏT-ə sədrlik edir və buna görə də problemin həllini yaxından izləyir”.

Layçak Slovakiyanın sədrliyinin prosesin həllini sürətləndirəcəyinə ümidvar olduğunu söyləyib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »