Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Eldar Mahmudovun əmisi oğlu azad olundu: Hökm oxunarkən qulaqcığı çıxarmadı
Eldar Mahmudov

Noyabrın 28-də Bakı Hərbi Məhkəməsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova hökm oxunub. Bizimyol.info xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyilə çıxarılan hökmə əsasən, V.Mahmudova 2 il həbs cəzası təyin edilib və bu müddət noyabrın 3-də başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələrilə ilə ona bəraət verib.

Cinayət Məcəlləsinin 179 (mənimsəmə) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ona qanunda nəzərdə tutulan müddətdən də aşağı cəza təyin edilib. MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsinə görə 1 il 6 ay, hakimiyyətdən sui-istifadəyə görə isə 1 il. Bu cəzaları da qismən toplamaq yoluyla ona 2 il cəza təyin edilib.

Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov

Hakim bildirib ki, V.Mahmudovun üzərində həbs olan əmlakları da müsadirə edilir. Maraqlıdır ki, hökm oxunanda keçmiş nazirin əmisi oğlu qulaqcığı çıxarmayıb.

Polkovnik-leytenant V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. O, MTN-də nazir köməkçisi kimi fəaliyyət göstərsə də, rəsmi vəzifəsi Antiterror Mərkəzinin şöbə rəisinin müavini olub.

V.Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-in vəzifəli şəxsləri haqqında cinayət işi üzrə istintaqa öncə şahid qismində cəlb olunub. Sabiq MTN generallarının məhkəməsində də şahid kimi dindirilib. Lakin MTN hadisələrindən iki il sonra onun özünü də həbs ediblər.

V.Mahmudova qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 302.1 (qanuni əsas olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi), 302.2 (qanuni əsas olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmə) 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. O da adamlardan hədə-qorxu ilə pul alınması, telefonların gizli dinlənilməsi, MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsi kimi əməllərdə təqsirləndirilir.

Paylaş »
››› Məktəb direktorunun qızı özünü binadan atıb
››› "Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili
››› Nazir Vilayət Eyvazovdan yeni təyinat
››› Donald Tramp İrana təşəkkür etdi
››› Ceyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
Son xəbərlər
Bütün xəbərlər »