Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İkinci “Prezident inqilabı”

İlham Əliyevin “siaysi zəlzələ” planlaması: YAP-ın təcili iclasları haqda bilinənlər və ehtimallar

YAP-dan xəbərlər gündəmdə siyasi bomba effekti yaratdı. Ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasının qurultaylararası dövrdəki rəhbər orqanlarının təcili iclasları şağırılıb. Siyasi Şuranın və İdarə Heyətinin. İclasda Prezident İlham Əliyevin və biirnci vitse-prezident Mehriban Əliyevanın da iştirakı gözlənilir. Eyni zamanda YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə YAP-dan Milli Məclis üzvlərinin – hakim partiyanın deputat korpusunun da toplantısı olacaq. Bütün iclaslar bitdikdən sonra Əli Əhmədov saat 15-də mətbuat konfransı keçirərək qəbul olunan qərarlar haqqında məlumat verəcək.

Bu iclasların gündəliyi haqqında məlumat açıqlanmayıb. Buna görə də yalnız ehtimallar irəli sürmək oar. Əslində qərarlar, prinsipcə, artıq qəbul olunub. Bunu YAP qurumlarında formal mzakirə prosedurundan keçirləcək. YAP deputatlarından heç kim telefonlara cavab vermir, cavab verən isə gündəlikdən xəbərsiz olduğunu deyib. Belə ilkin məxfilik şərtlərində hazırlanan iclasların çox mühüm qərarlar verəcəyi dəqiqdir. Beləliklə, yalnız ehtimallar irəli sürmək olar.

Milli Məclis

Əsas ehtimal bundan ibarətdir ki, YAP növbədnkənar qurultaya gedəcək. Bundan məqdəs nə ola bilər? Əvvəla, böyük ehtimalla YAP üçün ideoloji-siyasi mübarizəni daha da gücləndirilməsi ilə bağlı hansısa plan hazırlanıb. Bunun anonsu günlərdir Prezident İlham Əliyevin özünün publik çıxışlarında verilib. Hətta Bakı Dövlət Uniuversitetinin 100 illik yubiley mərasimində çıxış edən İlham Əliyev ideoloji-siyasi işdə boşluqlar olduğunu deyib, bu işin gücləndirilməsini vacib sayıb. Bütün çıxışlarında islahatlardan, o cümlədən, kadr islahatlarından danışıb və əsasən gənclərə xitab edib. Bu, o deməkdir ki, Prezident öz komandasını yeniləməyə, ümumlikdə hakimiyyət konfiqurasiyasını dəyişməkdə, təkcə texnokrat komanda qurmaqla qalmayıb iqtidarın siyasi fasadını, siyasi komandasını da gəncləşdirməyə qərarlıdır. O, aydın görür ki, siyasi rəqiblər də daha çox gəncləri hədəf seçib və ölkənin gələcəyini gənclərin siyasi-ictimai, işgüzar fəallığında görür. Bu baxımdan, YAP-ın rəhbər orqanlarında da bir sıra dəyişmələr olacaq, hakimiyyətin yuxarı eşelonlarında təmsil olunmuş, ancaq hazırda oradan uzaqlaşdırılmış bir çoxları – Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən, ona bağlı olmuş və yaxud bağlı olduğu ehtimal edilən şəxslər partiya rərbərliyindən uzaqlaşdırılacaq. Onların yerinəəsasən xaricdə təhsil almış orta yaşlı və gənc partiya aktivistləri gətiriləcək. Rəhbər orqanları təzələmək üçün isə təcili qurultaya ehtiyac var. Təcili qurultaydan ikinci məqsəd parlamentin yenilənməsi ilə bağlı ola bilər. Hakim partiya öz siyasi hücumçu komandasını formalaşdırıb apreldə növbədənkənar parlament seçkilərinə gedə bilər. Bu haqda da ehtimallar artıq səslənib. Parlament seçkilərində də yeni kimanda üstünlükdə olacaq. Milli Məclisin deputatlarına yaş senzi formal olaraq yoxdur. Buna görə də parlamentdə olması məsləhət bilinməyən deputatların uzaqlaşdırılması yalnız və yalnız seçkilər yolu ilə ola bilər. Burda nəzərə alınsa ki, Prezident rəsmən ölkənin geosiyasi hərəkət vektorunu artıq açıq şəkildə bəyan edib; Avrointeqrasiyadan rəsmən imtina olunub. Eyni zamanda birinci vitse-prezident Mehriban Əliyeva ölkənin ikinci ən yüksək vəzifəli şəxsi olsa da noyabrın 25-də Moskvaya səfəri zamanı ölkənin Pprezidenti Vladimir Putin tərəfindən qəbul olunub.Baş nazir Dmitri Medvedyevlə və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Ölkənin ilk ən yüksək üçlüyüdür bunlar. Bunu İlham Əliyev çox böyük məmnunluqla qarşılayıb; Vladimir Putini dünyanın 1 nömrəli Prezidenti adlandırıb. Bunlar o deməkdir ki, Azərbaycan hakimiyyəti daxili siyasi konfiqurasiyanın yenidən qurulmasında – hakimiyyıtin ötürülərək uzadılmasında və ya uzadılaraq ötürülməsində Rusiyadan ciddi dəstək alıb. Buna görə də Qərbdən hansısa müdaxilə ehtimalını və daxildə hər hansı kataklizmi önləmək üçün parlament seçkilərini payıza saxlamamaq, önə çəkmək və hakim komandanı tamam-kamal yenidən format edə bilmək üçün İlham Əliyev belə addımlar atır. Hakimiyyətin uzadılması və daha da möhkəmləndirlməsi məqsədləri tələb edərsə, birinci postun birinci vitse-prezidentə ötürülməsi və ya siyasi manevr olaraq parlamentli respublikaya keçid də ehtimallar arasındadır. Bunun üçün parlament seçkiləri ilə birlikdə və ya payızda referendum da keçirilməsi mükündür. Parlamentli respublikaya keçid ona imkan verəcək ki, bir siyasi qüvvənin və ya eyni şəxsin dalbadal istədiyi qədər hakimiyyətdə qalmaq imkanı yaranır. Məsələn, bu gün Qərbdə heç kim Angela Merkelin neçə dəfə kansler olmasına irad bildirə bilmir; hökuməti bir partiyadan olan parlament çoxluğu və ya koalisiya formalaşdırır. Bu halda heç kim eyni adamın neçə dəfə baş nazir olmasına irad bildirmir. Ancaq Prezidentli respublikanın rəhbəri dalbadal iki dəfədən artıq seçildikdə (buna hətta Konstitusiya da imkan verirsə) xarici dairələr həmin şəxsə və onun hökumətin qarşı pressinq üçün yararlanır. Və onu da unutmaq lazım deyil ki, iki dəfədən sonra hər yeni seçki hakimiyyətə əvvəlkindən sözün bütün anlamlarında baha başa gəlir (həm siyasi, həm maliyyə və sair baxımlardan). Ona görə də hakimiyyıtin referenduma gedib proporsional və ya qarışıq seçki sisteminı keçməsi , hakim partiyanın əsasən gənclərdən ibarət çoxluğunu parlamentə seçdirmək üçün daha əlverişli şərtlər əldə etmısi mümkündür (bu halda Prezidentin öz postunda qalması şərtilə Mehriban Əliyeva qurultayda hakim partiyanın sədri seçilə, partiya siyahısına başçılıq edə bilər; yeni gənc siyasi simaları majoritar dairələrdən keçirmək bir az çətin olduğu üçün proporsional daha uyğundur). Eyni zamanda yeni parlament seçkiləri müxalifət düşərgəsin də yenidən şəkilləndirmək üçün hakimiyyətin əlinə əlavə imkanlar verə bilər( Yaxud indiki sistem saxlanmaqla da ölkənin siyasi Olimpində dəyişiklik ola bilər).

Artıq hakim partiya təmsilçiləri buna qədər iki fikir səslənidirb. Biri seçkilərdə iştirak etməyən partiyaların qadağan edilməsi (qeydiyyatının ləğv olunması və qeydiyyatsız fəaliyyıtin qanunsuz hesab olunması), ikinci fikir isə, xaricdə təhsil almış gənclərdən ibarət müxalifətin formalaşdırlması ilə bağlı olub. Bu zaman faktiki ikipartiyalı sistem yaradılmış olacaq. Hər iki partiya – həm iqtidarda, həm müxaliftdə olan siyasi qüvvələr formal baxımdan fırqli platformalarda görünsələr də. Faktik eyni mövqedə olacaqlar. Belə bir siyasi formatlanmanın da ediləcyi ehtimallar sırasındadır. Bu arada referendum keçiriləcəksə, orda Prezident Administrasiyasının Konstitusiyadan çıxarılması, parlament üzvlərinin sayının artırılması və sair kimi məsələlər də qoyula bilər.

Təbii ki, bütün bunlar ehtimallardır. Hər şey bu gün YAP-ın rəhbər qurumlarının iclaslarının yekununda bəlli olacaq. Tam bəlli olan odur ki, Prezident tamam açıq siyasi oyuna – sərt siyasi mübarizə rejiminə köklənib. Bir yandan, siyasi rəqib ola biləcək ənənəvi gücləri siyasi bankrota və davamında seytnota salmağa çalışər, xüsusilə, yeni elektoral nəsilləri müxalifıtin əlindn almağa səy göstərir (fakt budur ki. Siyasi savaşın önündə gedir – onu necə aparması və hansı nəticələr əldə olunacağı və ya oluna bilməyəcəyi başqa yazının mövsuzdur). O biri yandan, çox sürətlə və həm də eyni zamanda ehtiyatla öz köhnə komandasının siyasi fasadını yeniləşdirir. Bütün bunlar böyük siyasi savaşların başladığından və daha da miqyaslanacağından xəbər verir.

Bahəddin Həziyev Bahəddin Həzi
Son xəbərlər
Bütün xəbərlər »