Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin məşhur fırıldaqçısını Ukraynada axtarırlar: Başına 350 min dollar mükafat qoyulub - Foto

“Çiftlik Bank” dələduzluğuna görə İnterpolun axtarışında olan Mehmet Aydının Ukraynada olduğu bildirilir. Paytaxt Kiyevdə onunla bağlı elanlar asmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, Türkiyənin məşhur fırıldaqçısını Ukraynada axtarırlar. “Tosuncuk” ləqəbli Mehmet Aydın ferma təsərrüfatı yaratmaq adı ilə insanların 1,1 milyard lirəsini (300 milyon manatdan çox) mənimsəmişdi. Fırıldaq üzə çıxanda dələduz Uruqvaya qaçmışdı.

İndi onu Kiyevdə gördüyünü deyənlər var. Dələduzluğun qurbanları Mehmeti Ukrayna paytaxtının küçələrində axtarmağa başlayıb. Onun başına 350 min dollar mükafat qoyulduğu bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »