Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada hər 30 nəfərdən 1-i miqrant həyatı yaşayır: Azərbaycan liderlər sırasında deyil

İnsanlar həmişə yaxşı həyat arxasınca qaçır. Bu üzdən dünyada 272 milyon miqrant var.

Bizimyol.info xəbər verir ki, planetin hər 30 sakinindən 1-i miqrant həyatı yaşayır. 1970-ci il ilə müqayisədə miqrant sayı 3 dəfədən çox artıb. Onda dünya əhalisinin təxminən 1 faizi bu tale ilə üzləşmişdi.

Ən çox miqrant ABŞ-dadır. Nəhəng dövlətə 51 milyon əcnəbi sığınıb. Almaniyaya 13, Rusiyaya 11, Fransa və Böyük Britaniyanın hərəsinə 9,5 milyon nəfər gedib.

Avropadakı 42 milyon miqrantın yarısı qitənin başqa hissəsindən gəlib. Azərbaycanlılar heç bir halda liderlər qrupunda qərarlaşmayıb. Ən çox ruslar başqa ölkəyə köç edir (10 milyon nədər). Ukraynalılar, polşalılar və ingilislər də xüsusi fərqlənir.

Son xəbərlər
Bütün xəbərlər »