Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsində yaşamağın mümkün olmadığı yer - Foto

Yer kürəsinin hər tərəfində həyat yoxdur. Bioloqlar belə qənaətə gəlib.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər Efiopiyada Dallol adlanan geotermal sahədə həyat şərtlərinin olmadığını bildirirlər. Danakil hövzəsində yerləşən bu sahə duz ilə doymuş vulkanik bir krater üzərində yerləşir.

Bu ərazidə zəhərli qazlar yayılır və səthdə qaynar su intensiv şəkildə yaranır. Hətta qış aylarında tenperatir +45 dərəcəyə çatır.

Efiopiyada Dallol adlanan geotermal sahə

Birinci tədqiqat bu ərazinin müəyyən mikroorqanizmlərin yaşayış yeri olduğunu göstərdi. Dallol həyatın superekstremal şəraitdə də mövcud ola biləcəyinə bir nümunə kimi istinad edildi. Bununla birlikdə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) bioloq Lopes Qarsiya başda olmaqla fransız-ispan alim qrupunun bu sahəni ətraflı araşdırması bunun əksinin doğru olduğu qənaətinə gəldi.

Tədqiqatçılar qeyd edirlər ki, onların kəşfi yaşayış yerlərinin sərhədlərini müəyyən etməyə kömək edir. Yəni digər planetlərdə maye suyun olması, hazırda nəzərdən keçirildiyi kimi, potensial mövcudluğun sübutu ola bilməz.

Son xəbərlər
Bütün xəbərlər »